Bakı sakinini bıçaqlayana hökm oxunub

6 May 2022 13:18 (UTC+04:00)

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Məcid Əbilova hökm oxunub və o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Xırdalan sakini, 1981-ci il təvəlldülü M.Əbilov Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Fərid Bağırovu bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra M.Əbilov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.