Media üçün dövlət rüsumu 10 dəfə azaldılıb

6 May 2022 14:53 (UTC+04:00)

Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılıb.

Bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000manatdan 5 000 manata qədər endirilib.