Rusiyada Müslüm Maqomayevin xatirəsi əbədiləşdirildi - FOTO

1 İyul 2013 14:56 (UTC+04:00)
Rusiyanın Tver vilayətində SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsi əbədiləşdirilib.

APA-nın "Rossiyskaya Qazeta"ya istinadən verdiyi məlumata görə, xatirə lövhəsi iyunun 29-da müğənninin oxuduğu Vışniy Voloçek şəhərinin incəsənət məktəbinin binasına vurulub.

Lövhənin quraşdırılması üçün sərf olunan vəsait Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti tərəfindən ayrılıb. Açılış mərasimində həm Azərbaycan, həm də Rusiya tərəfindən yüksək vəzifəli şəxslər iştirak edib.

Qeyd edək ki, M. Maqomayevin uşaqlıq xatirələri Vışniy Voloçek ilə bağlıdır. O bura 1949-cu ildə gəlib və fortepiano sinfini bitirib. Bu barədə o, özünün "Melodiya-sevgim mənim" kitabında da məlumat verib.

AzNews.az