Rusiya XİN-dən Avropa ölkələrindəki səfirliklərin bağlanması ilə bağlı açıqlama

10 May 2022 09:18 (UTC+04:00)

Moskva Avropa ölkələrindəki səfirlikləri bağlmaq fikrində deyil.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, Moskva qeyri-dost adlandırdığı ölkələrin Avropadakı səfirliklərinin bağlanması təşəbbüsündə deyil.

“Bu, bizim ənənəmizdə yoxdur. Ona görə də biz hesab edirik ki, diplomatik nümayəndəliklərin işi vacibdir", - deyə Qruşko bildirib.

Onun sözlərinə görə, ölkəsi diplomatik müharibəyə, qovma kampaniyasına başlamayıb.