İran səfirliyi Heydər Əliyevin ildönümü ilə bağlı paylaşım edib

10 May 2022 16:26 (UTC+04:00)

Tviterdə H.Əliyevin İranın ali rəhbəri Əli Xamenei ilə şəklini paylaşan diplomatik nümayəndəlik qeyd edib:

“Mərhum Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynamış bu mərhum liderin xatirəsini ehtiramla yad edirik”.