İqbal Ağazadə “Milli Etimad Hökuməti”ndən danışdı

1 İyul 2013 15:54 (UTC+04:00)
O, vəzifə istəmir

"Milli Şuranın "Milli Etimad Hökuməti"ndə mənə hər hansı post təklif edilsə, bunu qəbul etmərəm".

Bu sözləri AzNews.az-a açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib.

İ.Ağazadə partiyasının siyasi iddiasından bəhs edərək bildirib ki, Azərbaycanda hakimiyyətə gələcək hər hansı siyasi qüvvə varsa, bu, məhz Ümid Partiyasıdır.

O, Milli Şuranın vahid namizədinin öhdəlikləri ilə bağlı qəbul edilən memorandumun mətni ilə tanış olduğunu qeyd edib.

Onun sözlərinə görə, iki il ərzində memorandumda nəzərdə tutulan dəyişiklikləri həyata keçirmək o qədər də çətin deyil: "Hakimiyyətə gəldikdən sonra nəzərdə tutulan konstitusiya islahatlarını həyata keçirmək çətin proses deyil. Nəinki iki il, hətta bir neçə aya da bu islahatları uğurla reallaşdırmaq mümkündür".

Anar
AzNews.az