Bu ağrı da internetdən çox zaman sərf etməkdən qaynaqlanan stress səbəbindəndir. Oxunan informasiya, baxılan video və ya görüntü, yoran məlumatlar və uzun müddətli hərəkətsizlik stress ağrısına səbəb olur.
Kürək, əzələ ağrısı
Davamlı sabit oturmaq kürək ağrısına yol aça bilər. Kürək əyilir, hərəkətsizlik başlayır və bu da ağrıya səbəb olur.
Feysbuk depressiyası
Feysbuk kimi ictimai ünsiyyət şəbəkəsində çox danışmaq xüsusilə gənc qızları böhrana sala bilər. Qızların problemlərini danışa biləcəkləri söhbət sistemləri və ictimai ünsiyyət vasitələri bir vaxtlar bu qədər inkişaf etməmişdi. Bunun sayəsində gənc qızlar artıq problemləri haqqında daha rahat danışa bilirlər. Ancaq davamlı problemlər və romantik düşüncələr haqqında saatlarla və təkrar-təkrar danışmaq narahatlıq və böhrana səbəb olur, insanı depressiyaya salır. /axar.az/