Akar Pakistanın müdafiə nazirinin müavini ilə görüşüb - FOTO

11 May 2022 22:36 (UTC+04:00)

Türkiyə milli müdafiə naziri Hulusi Akar Pakistan müdafiə nazirinin müavini Mian Məhəmməd Hilal Hüseyni qəbul edib.

Aznews.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, qəbulda nazir müavini Muhsin Dere və Pakistanın Türkiyədəki səfiri Məhəmməd Sirus Seccad Qazi də iştirak edib.