Sabah qaz təchizatında məhdudiyyətlər olacaq

1 İyul 2013 16:30 (UTC+04:00)
Bakının Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq iyulun 2-də saat 10:00-dan 16:00-dək "Pirallahı-Qala" qaz kəmərindən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Qala qəsəbəsi və Xaşaxuna bağları ərazisinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az