Ukraynada universitet müəllimlərinin səfərbərlikdən azad edilməsi təklif edilib

13 May 2022 18:19 (UTC+04:00)

Ukrayna Ali Radasının 8 deputatı parlamentə ali təhsil müəssisələrinin müəllimlərinin elmi dərəcələrinin olub-olmamasından asılı olmayaraq, səfərbərlikdən azad edilməsini təklif edib.

Aznews.az xəbər verir ki, qanun layihəsi mayın 5-də qeydiyyatdan keçirilib.

Layihə elmi, elmi-pedaqoji və pedaqoji işçilərin öz iş yerləri olan ali təhsil müəssisələrində qalıb işlədikləri təqdirdə hərbi səfərbərlikdən azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 24-də ölkədə 90 günlük ümumi səfərbərliyin elan edilməsi ilə bağlı fərman imzalayıb. Səfərbərliyin plana uyğun getdiyi, lakin mayın 24-dən sonra da davam edəcəyi ehtimal edilir.