Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

13 May 2022 19:40 (UTC+04:00)

Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.

Aznews.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Ümumilikdə 40-dan çox sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.