Bakıda piyadanı avtomobil vurub

13 May 2022 21:43 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Hüseynov Hüseyn Əmirxan oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb.