Yanğınsöndürənlər bu dəfə Azərbaycan bayrağını “xilas etdi"

13 May 2022 22:00 (UTC+04:00)

Belə ki, Bakı küləyinin haradansa gətirib Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki beşmərtəbəli binanın dördüncü mərətəbəsinin fasadına yöndəmsiz formada “quraşdırdığı” dövlət bayrağının bu vəziyyətini qəbul edə bilməyən FHN yanğınsöndürənləri xüsusi texnikadan istifadə etməklə bayrağı götürərək dövlət rəmzimizi “xilas ediblər”.

Aznews.az xəbər verir ki, ötən il qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi zamanı azərbaycanlı yanğınsöndürənlər kəndlərin birində xilasetmə əməliyyatı həyata keçirərkən fərdi evdə qalmış bayrağın yana biləcəyindən ehtiyat edərək, Türkyə Cümhuriyyətinin dövlət bayrağını xilas etmişdi.