İraqda Türkiyə ordusunun əsgəri həlak olub

13 May 2022 23:59 (UTC+04:00)

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında 1 əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.

Bu barədə Aznews.az “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində sıravi Selman Gülər ​​şəhid olub.

Partlayış nəticəsində 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.