“Bandotdel”in şöbə müdiri yüksək vəzifəyə təyin edildi

14 May 2022 10:36 (UTC+04:00)

Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.

Polis polkovnik-leytenantı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə müdiri Tofiq Bəylərov Atıcılıq Federasiyasında üçüncü vitse-prezidenti olub.

Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.