Gürcüstanda zəlzələ olub

14 May 2022 22:28 (UTC+04:00)

Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.