Misir BVF-dən yeni kredit almaq niyyətindədir

15 May 2022 21:46 (UTC+04:00)

Misir Beynəlxalq Valyuta Fondundan (BVF) yeni kredit almaq niyyətindədir.

Aznews.az xəbər verir ki, bunu ölkənin baş naziri Mustafa Madbuli Qahirədə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, BVF ilə razılığın bir neçə ay ərzində əldə edilməsi planlaşdırılır.

"Bir neçə aydan sonra proqram həyata keçiriləcək", - deyə baş nazir əlavə edib.