Öcalanın istəkləri bitib-tükənmir
1 İyul 2013 19:08 (UTC+04:00)
İmralıda saxlanılan PKK lideri Abdullah Öcalanın istəkləri bitib-tükənmir.
Qardaşı Mehmet Öcalan vasitəsilə yerinin dəyişdirlməsi istəyini çatdıran PKK lideri dənizin ortasında saxlanmasından şikayətçidir.
Ərazidə rütubətin çox olduğunu əsas gətirən Öcalan 64 yaşında olması səbəbindən bu şəraitin onun üçün problem yaratdığını vurğulayır.
Ailəsi İmralıda ağırlaşdırılmış ömürlük həbsə məhkum edilən A.Öcalanın dəyişdirilməsinin vacib olduğunu qeyd edib.
Elnarə
AzNews.az