Ərdoğan BƏƏ-də səfərdədir

17 May 2022 19:25 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Aznews.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasından bildirilib.

Qeyd olunub ki, Ərdoğan Əbu-Dabiyə keçmiş prezident Şeyx Xəlifə Bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar səfər edib.

Başsağlığı ziyarəti çərçivəsində türkiyəli lider Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Səfərdə Ərdoğanı milli müdafiə naziri Hulusi Akar müşayiət edir.