Kürdə suyun səviyyəsi artmaqda davam edir

17 May 2022 20:56 (UTC+04:00)

Kür çayında suyun səviyyəsi artmaqda davam edir.

Bu barədə Salyan sakinləri məlumat verib.

Aznews.az xəbər verir ki, çayda suyun səviyyəsi 3 metrdən çox artıb.

Qeyd edək ki, son günlər havaların yağışlı olması və dağ çaylarından sel keçməsi suyun səviyyəsinin qalxmasına səbəb olub.