Akar: "Vəzifəmiz Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir"

18 May 2022 23:59 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində qazi olan Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib

Aznews.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qəbulda nazirin köməkçisi Yunus Emre Karaosmanoğlu da iştirak edib.

"Azərbaycan Ordusu böyük bir uğurla hərəkatı gerçəkləşdirdi. Buna görə sevincliyik. Bizim öhdəmizə düşən vəzifə isə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirmək, daha da irəli aparmaqdır. Beləliklə, gələcəyə güclü və arxayın şəkildə baxa bilərik", - Hulusi Akar vurğulayıb.