Metroda qatarda nasazlıq yaranıb

19 May 2022 11:32 (UTC+04:00)

Bu gün saat 11:00-da "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarında nasazlıq yaranıb.

Bununla əlaqədar "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.

Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.