Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib

19 May 2022 12:42 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanda Milli Təhlükəsizlik Xidmətinin kapitanı Mamikon O. özünü binanın 6-cı mərtəbəsindən ataraq intihar edib.

Bu barədə yerli “Shamshyan.com” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün gecə 4-də baş verib.

Faktla bağlı araşdırma aparılır. (Report)