Bakıda jurnalistlər üçün təlim keçirilir

19 May 2022 14:23 (UTC+04:00)

Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilir.

Tədbirdə çıxş edən Ədliyyə Nazirliyi İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, təlimdə əldə olunacaq biliklər jurnalistlərin gündəlik iş rejiminə müsbət təsir göstərəcək.

Daha sonra Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib ki, ədliyyə orqanları ilə jurnalistlərin işi ölkəmizin beynəlxalq imicinə bir başa təsir edən amillərdən biridir.

Onun sözlərinə görə, cəmiyyətin media savadlılığını artırılması istiqamətində bir çox tədbirlər keçirir: "Biz ötən il 600-dan çox jurnalist üçün təlim keçirmişik. Media İnkişaf Agentliyi olaraq bu il də 800-ə yaxın jurnalistlər üçün təlim keçirəcəyik. Bugünkü təlim də sahəvi jurnalistikanın inkişafına təkan verməkdir. Hər bir qurum jurnalistə xəbər verməsində problem yaratmamalıdır. Əks halda qeyri-dəqiq məlumatların yayılmasına səbəb olar".

Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiyasının) İdarə Heyətinin sədri Ələddin Cəfərov və digər şəxslər də çıxış edib.

Təlimdə Azərbaycan məhkəmələri tarixini əks etdirən videoslayd nümayiş etdirilib. (report)