Prezident Əliyev Paşinyanla görüşəcək - TƏCİLİ

19 May 2022 20:46 (UTC+04:00)

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Bu barədə bu gün Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, gözlənilən görüş bu formatda üçüncüdür. İlk görüş ötən ilin dekabrında, ikinci görüş isə bu ilin aprelində keçirilib.

AzNews.az