Qadir İbrahimlinin nəşi ailəsinə təhvil verilib - YENİLƏNİB

20 May 2022 11:49 (UTC+04:00)

Mərhum jurnalist Qadir İbrahimlinin meyiti ailəsinə təhvil verilib.

"Report"un xəbərinə görə, mərhumun meyiti əvvəlcə Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılaraq orada yuyulacaq.

Daha sonra isə "Jurnalistlər binası"nın qarşısında onunla vida mərasimi keçiriləcək.

O, Lənkəran şəhərində dəfn olunacaq.

11:42

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, mərasim saat 13.00-da "Jurnalistlər binası"nın həyətində olacaq.

Mərasimdən sonra mərhumun cənazəsi dəfn olunması üçün Lənkərana aparılacaq.

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.