Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Müşahidə Şurasının tərkibi təsdiqlənib

20 May 2022 16:21 (UTC+04:00)

Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiqləyib.

Sərəncamla publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:

Müşahidə Şurasının sədri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Müşahidə Şurasının üzvləri

Şahin Əliyev – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi

Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri

Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.