Qalmaqallı agent Rusiyadan siyasi sığınacaq istədi

2 İyul 2013 07:19 (UTC+04:00)
Amerika xüsusi xidmət orqanların keçmiş əməkdaşı, ölkəsinin bir çox telefonları dinlədiyinə dair sensasiyalı bəyanatın müəllifi olan Edvard Snouden Rusiyadan siyasi sığınacaq istəyib. Bu barədə xəbəri" The New York Times" yayıb.

Məlumata görə Snoudenin siyasi sığınacaq istəməsi ilə bağlı sorğunu "Şeremetevo" hava limanında "Wikileaks"in nümayəndəsi Sara Harisson təqdim edib. Əvvəlcə məlumat Federal Miqrasiya Xidməti tərəfindən təkzib edilsə də, çox keçmədən Rusiya Xarici İşlər Nazirliyinin aeroportdakı konsulluq məntəqəsinin növbətçi konsulu Kim Şevçenko xəbəri təsdiqləyib.
O, Sara Harissonun Snoudenin vəkili kimi keçmiş agentin Rusiyadan siyasi sığınacaq istəməsi ilə bağlı müraciət etdiyini vurğulayıb.

Elnarə
AzNews.az