Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib

21 May 2022 14:55 (UTC+04:00)

Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb.

Aznews.az xəbər verir ki, toplantıda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub.

Bildirilib ki, bugünkü iclasın gündəliyinə iki məsələ daxil edilib.

Deputatlar gündəlikdəki məsələlər ətrafında öz çıxışlarını ediblər.

Bununla da komitələrin Şuşada keçirilən iclası başa çatıb.