İçərisində 28 nəfər olan helikopter yoxa çıxıb
2 İyul 2013 07:31 (UTC+04:00)
Rusiyanın "Polyarnıe avialinii" aviaşirkətinə məxsus Mi-8 helikopteri Yakutiyanın Ust-Yan rayonunda yoxa çıxıb. Bu barədə Rusiya FHN məlumat yayıb.
Hadisə səhər 06.20 radələrində baş verib. Helikopterdə ilkin məlumatlara görə, 25 sərnişin və 3 heyət üzvü olub. Sərnişinlərdən 3-u uşaqdır.
Helikopterin tapılması üzrə iş davam etdirilir.
AzNews.az