Türkiyənin Azərbaycandakı səfiri Şuşada Atatürkün adına küçə verilməsinə görə təşəkkür edib

22 May 2022 13:20 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib Şuşada Atatürkün adına küçə verilməsinə görə təşəkkür edib.

Aznews.az bildirir ki, o bu barədə Twitter səhifəsində paylaşım edib.

Qeyd edək ki, hazırda Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər, hazırda Şuşa şəhərindədilər.