Füzulidə ikimərtəbəli obyektdə yanğın olub

22 May 2022 18:37 (UTC+04:00)

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (2-ci mərtəbəsi çayxana, 1-ci mərtəbəsi aptek və.s) 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində sənədlər 15 m² sahədə yanıb.

Aznews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yüksək temperaturdan lambirindən ibarət arakəsmə divar əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.