Almaniyada Polşanın Baş Konsulluğunun binasına hücum edilib

22 May 2022 20:19 (UTC+04:00)

Bu gün naməlum şəxslər Polşanın Hamburqdakı (Almaniya) baş konsulluğunun binasına hücum edərək fasadına boya töküblər.

Aznews.az xəbər verir ki, “Səhər tezdən Polşa Respublikasının Baş Konsulluğu siyasi səbəblərə görə vandalizmə məruz qalıb”, - polis bildirib. Təhlükəsizlik xidməti hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hücum nəticəsində binanın bir neçə şüşəsi sındırılıb, naməlum şəxslər içərisində boya olan şüşə qabları binanın fasadına atıblar. Şahidlərin verdiyi məlumata görə, konsulluğa bitişik küçədə iki avtomobil təkəri yandırılıb.