Nikol Paşinyanın Şarl Mişellə təkbətək görüşü başlayıb

22 May 2022 20:25 (UTC+04:00)

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

Aznews.az xəbər verir ki, Şarl Mişel Nikol Paşinyanı qarşılayıb. Daha sonra onlar birgə foto çəkdiriblər.

Qeyd edək ki, artıq Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.