Gənc oğlan qarajda intihar etdi
2 İyul 2013 08:02 (UTC+04:00)
Bakıda 22 yaşlı gənc intihar edib.
Xəzər Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Zirə qəsəbəsi Yeni Yaşayış sahəsində yaşayan 1991-ci il təvəllüdlü Nicat Bürcəliyev intihar edib.
22 yaşlı Bürcəliyev özünü yaşadığı evin həyətindəki qarajda asıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
AzNews.az