İspaniya Kralı Azərbaycan liderini təbrik edib

25 May 2022 13:31 (UTC+04:00)

Mətndə deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram".