Hərbi şəhərcikdə baş verən yanğın söndürülüb
2 İyul 2013 08:27 (UTC+04:00)
Gəncənin 38 saylı hərbi şəhərciyində ev yanıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın saat 02.20 radələrində başlayıb.
Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb edilib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hərbi şəhərcikdə ümumi sahəsi 500 kvadratmetr olan yaşayış evləri 300 kvadratmetr sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az