Azərbaycan millisi Latviyaya böyük hesabla qalib gəlib

25 May 2022 21:45 (UTC+04:00)

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.

Aznews.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.

Ümid Səlimovun dubl etdiyi görüşdə digər qolu Şahin İbrahimov vurub.

Bu komandalar arasında növbəti qarşılaşma mayın 27-də oynanılacaq.