İranda edamların sayı artır
2 İyul 2013 08:49 (UTC+04:00)
İranda 2 nəfər edam edilib.
APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Ad və soyadları açıqlanmayan məhkumlar üzərlərində 2 kiloqram 189 qram narkotiklə həbs ediliblər. Onlar barəsində aşağı instansiya məhkəmələrinin çıxardığı ölüm hökmü qərarı İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyulun 1-də səhər saatlarında Xürrəmabad şəhərinin mərkəzi həbsxanasında icra edilib.
Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir.
AzNews.az