DİN-in sözçüsü ilə AQTA-nın mətbuat katibi ailə qurur

27 May 2022 15:56 (UTC+04:00)

Tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ailə qururlar.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bir neçə gün öncə rəsmi nikaha girən cütlük 28 May Respublika Günündə toy mərasimi keçirəcək.

Qeyd edək ki, Nurlan Əliyev uzun müddət ATV, “Space”, həmçinin “Lider” TV-də müxbir və xəbər aparıcısı, Aysel Fərziyeva isə “Lider” TV, ATV, ARB24 və REAL TV-də aparıcı kimi fəaliyyət göstərib.