ATƏT sədri Qazaxıstan, Özbəkistan və Monqolustana səfər edəcək

27 May 2022 18:30 (UTC+04:00)

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Qazaxıstan, Özbəkistan və Monqolustana səfər edəcək.

Aznews.az Polşa XİN-ə istinadən xəbər verir ki, səfər mayın 31-dən iyunun 6-dək davam edəcək.

Qazaxıstana səfəri çərçivəsində o, Prezident Kasım-Jomart Tokayev, parlament palatalarının sədrləri Maulen Aşimbayev və Yerlan Koşanov və xarici işlər nazirinin müavini Akan Raxmetullin, həmçinin, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirəcək.

O, Özbəkistanda Prezident Şövkət Mirziyoyev, xarici işlər nazirinin birinci müavini Vladimir Norov və digər şəxslərlə görüşəcək.

ATƏT sədri Monqolustanda Prezident, Baş nazir və xarici işlər naziri ilə danışıqlar aparacaq.