Rusiya Ukraynanın itkilərini açıqlayıb

29 May 2022 14:10 (UTC+04:00)

Rusiya müharibə başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 183 hərbi təyyarəsini vurub.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

İqor Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 183 təyyarə, 128 helikopter, 1049 pilotsuz uçuş aparatı, 325 zenit-raket kompleksi, 3309 tank və digər zirehli döyüş texnikası, 447 reaktiv yaylım atəşi sistemi, 1722 səhra artilleriya və minaatan, o cümlədən 3270 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.