Akademik teatr mövsüm bağlanışına hazırlaşır

2 İyul 2013 09:33 (UTC+04:00)
Dövlət Akademik Milli Dram Teatrı mövsüm bağlanışına hazırlaşır. Teatr iyulun 14-də böyük dramaturqumuz Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasını təqdim edəcək.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Səyavuş Kərimidir. Tamaşada Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, və başqaları iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az