Milyarder Roman Abramoviç istefa verdi

2 İyul 2013 09:58 (UTC+04:00)
Milyarder Roman Abramoviç Çukotka muxtar dairəsi parlamentinin spikeri və deputatı səlahiyyətlərindən könüllü imtina edib.

APA-nın məlumatına görə, parlament istefanı qəbul edib spiker postuna Aramais Dallakyan seçilib. Rəsmi açıqlamada bildirilir ki, Abramoviç bu postdan getməsinə səbəb qanunverici orqan təmsilçilərinin xaricdə əmlakının olmasına qadağa qoyulması ilə əlaqədardır.

AzNews.az