Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub

2 İyun 2022 20:23 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb.

Aznews.az xəbər verir ki, tədbirdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq, SOCAR-ın Rumıniyada fəaliyyəti vurğulanıb, Rumıniya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.