Müxalifət Ermənistan hökumətinin binasını bloklayıb

3 İyun 2022 18:27 (UTC+04:00)

Ermənistan müxalifəti hökumət binasını bloklayıb.

Aznews.az xəbər verir ki, etirazçılar “Fransa” meydanında mitinq keçirdikdən sonra hökumət binasına doğru gediblər.

Mitinq zamanı “Müqavimət” hərəkatının liderlərindən olan İşxan Saqatelyan müxalifətin Sayat-Nova və Nalbandyan küçələrindən keçərək hökumət binasına doğru hərəkət etdiyini açıqlayıb.