Koreya idxalçılarının Azərbaycana ticarət missiyası təşkil olunacaq

3 İyun 2022 19:45 (UTC+04:00)

Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili müzakirə olunub.

Aznews.az xəbər verir ki, qeyd olunan məsələyə AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında keçirilən onlayn görüşdə toxunulub.

Tərəflər həmçinin Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında praktiki tədbirlərin keçirilməsi məsələlərinə də müzakirə ediblər. AZPROMO-nun rəhbəri ölkədə ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb.

Görüşdə həmçinin AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən Koreya Beynəlxalq Ticarət Assosiasiyası (KITA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.