Bir sıra məhkəmələrə hakimlər seçildi
2 İyul 2013 10:37 (UTC+04:00)
Milli Məclisin iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan MR Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə hakimləri seçilməsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, bununla bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüeynli bildirib ki, indiki təyinatlardan sonra yuxarı instansiya məhkəmələrində vakant yerlər qalmayacaq.
O deyib ki, hazırda Ali Məhkəməyə 10 vakansiya, Naxçıvan Ali Məhkəməsinə 6 vakansiya, Bakı Apelyasiya Məhkəməsinə 5 vakansiya, Şirvan Şəhər Apellyasyia Məhkəməsinə 3 vakansiya, Gəncə Şəhər Apellyasiya Məhkəməsinə 5 vakansiya, Şəki Şəhər Apellyasyia Məhkəməsinə 4 vakansiya və Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə 6 vakansiya var.
Daha sonra namizədlər barədə səsvermə aparılaraq hakimlər seçilib.
AzNews.az