Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək

5 İyun 2022 15:25 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək.

Aznews.az xəbər verir ki, Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.