Gürcüstanda meymunçiçəyinə yoluxma ilə bağlı şübhəli hallar aşkarlanıb

6 İyun 2022 23:59 (UTC+04:00)

Gürcüstanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı iki şübhəli hal müəyyən edilib.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Birinci kanalına Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hallardan birində yoluxma öz təsdiqini tapmayıb, ikinci faktla bağlı aparılan araşdırmalar davam etdirilir.